...

Pakistanda keçmiş hərbçi camaatı atəşə tutdu - 6 ölü

Dünya xəbərləri Materials 24 İyul 2018 12:17 (UTC +04:00)
Pakistanın Pəncab vilayətində keçmiş hərbçi dinc sakinləri atəşə tutub.
Pakistanda keçmiş hərbçi camaatı atəşə tutdu - 6 ölü

Bakı. Trend:

Pakistanın Pəncab vilayətində keçmiş hərbçi dinc sakinləri atəşə tutub. Trend-in məlumatına görə, insident nəticəsində azı 6 nəfərin öldüyü, daha 6 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, atəş açan 50 yaşlı Məhəmməd Səid heç bir səbəb olmadan kafedə əyləşənləri və yoldan keçənləri atəşə tutub. Bundan sonra həmin şəxs özünü güllələyərək intihar edib.

Bildirilir ki, həmin şəxs həyat yoldaşından boşandıqdan sonra ağır depressiya yaşayırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti