...

Hindistanda karxana partladı - 12 ölü

Dünya xəbərləri Materials 4 Avqust 2018 13:25 (UTC +04:00)
Hindistanın Andhra-Pradeş ştatında qranit karxanalarının birində partlayış baş verib
Hindistanda karxana partladı - 12 ölü

Bakı. Trend:

Hindistanın Andhra-Pradeş ştatında qranit karxanalarının birində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 12 işçi həlak olub.

Yaralıların da olduğu deyilir. İlkin ehtimallara görə, karxanada istifadə edilməli olan dinamitlər işçilər orada olarkən partladılıb.

Bundan başqa, hadisə yerində dizel mühərrikli avtomobil aşkar edilib. Bu avtomobil də partlayış səbəbi kimi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti