...

Venesuelada inflyasiya ilin əvvəlindən 10664 faiz təşkil edib

Dünya xəbərləri Materials 6 Avqust 2018 23:23 (UTC +04:00)
Venesuelada ilin əvvəlindən qiymət artımı 10664 faiz təşkil edib
Venesuelada inflyasiya ilin əvvəlindən 10664 faiz təşkil edib

Bakı. Trend:

Venesuelada ilin əvvəlindən qiymət artımı 10664 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Milli Assambleyasının maliyyə üzrə komitə sədri Rafael Qusman öz Twitter səhifəsində yazıb.

O, bildirib: "İyul ayında inflyasiya 125 faiz təşkil edib, günlük - 2,7 faiz, ilin əvvəlindən 10664 faiz, illik hesablamada isə 82766 faiz təşkil edir. Venesuelalıların küçələrdə etirazlar etməsinin səbəbi budurş Heç bir maaşlarla və onların qaldırılması ilə hiperinflyasiyanın qarşısını almaq mümkün deyil".

Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, ilin sonuna qədər Venesuelada inflyasiya 1 milyon faiza çata bilər.

Xəbər lenti

Xəbər lenti