...

Molyusklar 150 nəfəri "yandırdı" - Müvəqqəti çimərlik qadağası

Dünya xəbərləri Materials 27 Avqust 2018 09:49 (UTC +04:00)
Hindistanın Mumbay şəhərinin çimərliklərində molyusk sancması nəticəsində azı 150 nəfər yanıq zədəsi alıb.
Molyusklar 150 nəfəri "yandırdı" - Müvəqqəti çimərlik qadağası

Bakı. Trend:

Hindistanın Mumbay şəhərinin çimərliklərində molyusk sancması nəticəsində azı 150 nəfər yanıq zədəsi alıb.

Trend-in məlumatına görə, son həftələrdə Mumbay çimərliklərində fizaliya molyusklarının xeyli artdığı deyilir.

Özü hərəkət edə bilməyən bu molyusklar musson mövsümündə axınla sahilə gəlir.

Fizaliya sancması insan üçün ölümcül təhlükə olmasa da, onlardan alınan yanıq zədələri bir neçə saat bərk ağrılara səbəb olur.

Bölgə rəhbərliyi sakinləri bir müddət çimərliklərdən uzaq durmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti