...

İranın xarici işlər naziri Trampın Türkiyəyə qarşı addımlarını sərt tənqid edib

Dünya xəbərləri Materials 11 Avqust 2018 22:16 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı addımlarını sərt tənqid edib
İranın xarici işlər naziri Trampın Türkiyəyə qarşı addımlarını sərt tənqid edib

Bakı. Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı addımlarını sərt tənqid edib.

Trend-in məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, D.Trampın bu vəziyyətə sevinməyi utancvericidir:

“NATO üzrə müttəfiqi olan Türkiyəyə iqtisadi zərbə ilə bağlı Trampın sevinməsi utancvericidir. ABŞ sanksiyalara olan həvəsindən əl çəkməlidir, əks halda bütün dünya onlara qarşı birləşəcək. Biz keçmişdə qonşularımızın tərəfində olmuşuq, indi də belə olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti