...

"Xiamen Airlines"ın təyyarəsi Manilada qəza enişi edib

Dünya xəbərləri Materials 17 Avqust 2018 03:15 (UTC +04:00)

Bakı. Trend:

Çinin "Xiamen Airlines" aviaşirkətinin "Boeing-737-800" təyyarəsi Filippinin paytaxtı Manilada qəza enişi edib.

Trend-in məlumatına görə, qəza enişi edən təyyarə Syamen-Manila reysini həyata keçirirdi.

Məlumata əsasən, təyyarə eniş etmədən öncə bir saata yaxın hava limanının üzərində uçub. Eniş edəndən sonra təyyarə uçuş-eniş zolağından kənara çıxıb.

Hazırda sərnişinlərin təcili təxliyəsi aparılır. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti