...

Vinnitsada həbsxanada yanğın olub

Dünya xəbərləri Materials 20 Avqust 2018 01:25 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın Vinnitsa şəhərində həbsxanada yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın saat 16:00-da 1 saylı cəzaçəkmə müəssisənin ərazisində olub. Həbsxanadan 100-ə yaxın insan təxliyə edilib.

Yanğınsöndürən maşınlarının hadisə yerinə rahat çatması üçün polislər bir neçə avtomobil yolunu bağlayıb.

Vinnitsa şəhərinin Milli polis idarəsinin mətbuat katibi Anna Oleynik bildirib ki, saat 17:20-də yanğın söndürülüb: "Xəsarət alan yoxdur. Yanğının səbəbi araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti