...

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 3 ölü, 3 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Sentyabr 2018 11:17 (UTC +04:00)
Əfqanıstanın Balx əyalətində göyərtəsində 13 nəfər olan hərbi helikopter qəzaya uğrayıb
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 3 ölü, 3 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Əfqanıstanın Balx əyalətində göyərtəsində 13 nəfər olan hərbi helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, "Şahin" düşərgəsi ərazisində baş verən qəza nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Həlak olanlardan 1-i xarici pilot, 2-si isə Əfqasnıtan hərbçisi olub.

XXX

10:27

Əfqanıstanın Balx əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, xarici şirkətə məxsus olan və Faryab əyalətinə uçan helikopter yerli vaxtla saat 07:30-da "Şahin" düşərgəsi ərazisinə düşüb və alışıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbə texniki nasazlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti