...

Əfqanıstanda 3 məktəbə hücum baş verib

Dünya xəbərləri Materials 3 Sentyabr 2018 15:03 (UTC +04:00)
Əfqanıstanın şərqindəki Paktika əyalətində 3 məktəbə hücum baş verib
Əfqanıstanda 3 məktəbə hücum baş verib

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Paktika əyalətində 3 məktəbə hücum baş verib.

Trend-in məlumatına görə, səhər saatlarında bir qrup silahlı şəxs iki məktəbə qumbaralarla hücum edib.

Daha bir məktəbə isə raket atıldığı məlumat verilib. Hücum zamanı məktəblərin heç birində şagirdlər olmayıb. Məktəb binalarına ciddi ziyan dəydiyi deyilir.

Hücumlarla əlaqədar məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti