...

Ərdoğanın Tehranda Ruhani ilə görüşü başladı

Dünya xəbərləri Materials 7 Sentyabr 2018 14:00 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşü keçirilir.
Ərdoğanın Tehranda Ruhani ilə görüşü başladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşü keçirilir. Trend-in məlumatına görə, daha sonra türkiyəli liderin Rusiya Prezidenti Vladimir Putinlə də ikitərəfli görüşü gözlənilir.

Qeyd edək ki, Tehranda bu gün Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq. Görüşün əsas mövzusu Suriya böhranı olacaq.

Türkiyə Prezidentinin İranın Ali lideri ilə də görüşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti