...

İran Bəsrədəki konsulluğuna hücum edənlərin dərhal cəzalandırılmasını tələb edir

Dünya xəbərləri Materials 8 Sentyabr 2018 00:04 (UTC +04:00)
İran İraqın Bəsrə şəhərində konsulluğuna edilən hücumu pisləyir və günahkarların dərhal cəzalandırılmasını tələb edir
İran Bəsrədəki konsulluğuna hücum edənlərin dərhal cəzalandırılmasını tələb edir

Bakı. Trend:

İran İraqın Bəsrə şəhərində konsulluğuna edilən hücumu pisləyir və günahkarların dərhal cəzalandırılmasını tələb edir.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib.

B.Qasemi deyib: "İran konsulluğun edilən dəhşətli hücum və binanın yandırılması böyük maliyyə itkisinə səbəb olub. Xoşbəxtlikdən, biz bu diplomatik nümayəndəliyin əməkdaşlarının zərər çəkməsi barədə heç bir məlumat almamışıq".

XİN nümayəndəsi İraq hökümətini günahkarları tapmağa və cəzalandırılmağa çağırıb: "Aydındır ki, İraq hökuməti təhlükəsizliyə məhəl qoymadığına görə məsuliyyət daşıyır və biz gözləyirik ki, hücum edənlər tezliklə tapılacaq və cəzalandırılacaq".

Qeyd edək ki, İraqın Bəsrə şəhərində sentyabrın 3-dən etiraz aksiyaları keçirilir. Bu günlər ərzində hökümətdən şəhərin təmiz içməli su və elektrik təchizatının vəziyyətinin yaxşılaşdırılmasını tələb edən minlərlə etirazçı müddətsiz etiraz aksiyaları keçirilər. Sentyabrın 4-ü və 5-i etirazçılar şəhər və vilayət administrasiyalarının binalarını yandırıblar. Polislər etirazçılara qarşı gözyaşardıcı qaz və odlu silahdan istifadə ediblər. Etirazçılar Bəsrədə yerləşən ölkənin ən böyük Umm-Qəsr limanının işini dayandırıblar.

Bundan əlavə, etirazçılar sentyabrın 6-sı İranyönlü siyasi partiyalar və hərəkatların ofislərini, sentyabrın 7-si isə İranın Bəsrədəki konsulluğunun binasını yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti