...

İranda polis bölməsinə hücum nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Sentyabr 2018 14:38 (UTC +04:00)
İranın cənubunda, Hormozqan vilayətində polis bölməsinə edilən hücum nəticəsində üç polis əməkdaşı ölüb.
İranda polis bölməsinə hücum nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

İranın cənubunda, Hormozqan vilayətində polis bölməsinə edilən hücum nəticəsində üç polis əməkdaşı ölüb.

Trend-in yürli KİV-lərə istinadən verdiyi məlumata əsasən, avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yaralardan daha bir polis xəstəxanada ölüb.

İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyat keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti