Bakı. Trend:
Şənbə günü İtaliyanın Kataniya vilayətində, Sitsiliya adasında 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, zəlzələ Etna vulkanının yaxınlığında olub. Zəlzələ ocağının dərnliyi 9 kilometr olub.
Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.