...

Türkiyədə daşqın - Küçələr palçıq altında qaldı

Dünya xəbərləri Materials 10 Oktyabr 2018 12:21 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətində daşqın baş verib.

Trend-in məlumatına, daşqın güclü yağıntılar nəticəsində baş verib.

Qeyd olunur ki, vilayətin bəzi rayonlarında yollar və küçələr palçıq altında qalıb, evləri və zirzəmiləri su basıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilməyib.

Hazırda daşqının fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti