Bakı. Elnur Bağışov - Trend:
İranda yağıntıların azalması nəticəsində Zayəndə çayında su səviyyəsi enib və İsfahanın yeganə Su Elektrik Stansiyası işini dayandırıb.
Trend-in məlumatına görə, bunu Zayəndə çayı Su Elektrik Stansiyasının və Su Bəndi İdarəsinin direktoru Mahmud Çitçian deyib.
Onun sözlərinə görə, bölgədə 13 ildir davam edən quraqlıq SES-in elektrik istehsalına təsir göstərib və istehsalın bu illərdə azalmasına gətirib çıxarıb. Beləliklə, İsfahanın yeganə SES-i elektrik istehsalı dövriyyəsindən çıxıb.