Bakı. Trend:
Ermənistanın Daxili Qoşunlarında narazılıq artmaqdadır.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, Ermənistan polisləri sərhəd bölgəsində xidmətdən imtina edir.
Bu ilin avqustunda baş nazir Nikol Paşinyan polis əməkdaşlarının Azərbaycan-Ermənistan sərhədində 15 gün xidmət keçməsi haqqında qərar qəbul edib.
Məlumatlara əsasən, polis əməkdaşları təhlükəli sərhəd bölgələrinə xidmətə getməmək üçün müqavilələrinə xitam veriblər.
Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları, Gürcüstanla sərhədini Milli Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası ilə dövlət sərhədini isə Daxili Qoşunların polisi qoruyur.