...

Sakit okeanda "Uilla" qasırğasının gücü 4-cü dərəcəyə qədər düşüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 03:39 (UTC +04:00)
Sakit okeanda formalaşan və Meksika sahillərinə yaxınlaşan "Uilla" qasırğası 5-ci təhlükə dərəcəsindən 4-cüyə qədər düşüb
Sakit okeanda "Uilla" qasırğasının gücü 4-cü dərəcəyə qədər düşüb (YENİLƏNİB)

Bakı. Trend:

Sakit okeanda formalaşan və Meksika sahillərinə yaxınlaşan "Uilla" qasırğası 5-ci təhlükə dərəcəsindən 4-cüyə qədər düşüb.

Trend-in məlumatına görə, hazırda "Uilla" Meksikanın Xalisko ştatında 175 kilometr, Nayarit ştatından isə 215 kiloemtr aralıdadır. Qasırğanın mərkəzində küləyin sürəti saatda 250 kilometrə qədər çatır.

Hazırda "Uilla" qasırğası saatda 13 kilometr sürətlə şimal istiqamətində hərəkət edir.

Bildirilir ki, qasırğa bu gün axşam saatlarında Sinaloa ştatında çata bilər.

XXX

02:17

Sakit okeanda "Uilla" qasırğası 5 mümkün təhlükə dərəcəsindən sonuncuya yaxınlaşıb.

Trend-in məlumatına görə, hazırda qasırğa Meksikanın qərbində yerləşən Kabo-Korriyentes bələdiyyəsindən 255 kilometr cənub-qərbdədir və saatda 11 kilometr sürətlə şimal tərəfə hərəkət edir.

Küləyin maksimal sürəti saatda 250 kilometr təşkil edir (təxminən saniyədə 69 metr). Küləyin sürəti saniyədə 70 metrə bərabər və ya artıq olanda qasırğa 5-ci dərəcəyə uyğun hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti