Bakı. Trend:
Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı. Trend-in məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.
Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.
Hazırda onun cəsədinin tapılması istiqamətində işlər aparılır.