Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində quru qoşunlarının 40 hərbi qulluqçusu saxlanılıb.
Trend-in məlumatına görə, onlar təşkilatın xeyrinə casusluqda ittiham olunur.
Saxlanılanlar arasında yüksək rütbəli hərbçilərin də olduğu deyilir.
Hərbçilərin şəxsiyyəti açıqlanmır.