Bakı. Trend:
Zimbabvenin şimal-şərqində iki sərnişin avtobusu toqquşub.
Trend-in məlumatına görə, avtobusların toqquşması nəticəsində azı 47 nəfər həlak olub. Həlak olanlar arasında 2 uşaq olub.
Bildirilir ki, toqquşma ölkənin Rusape şəhərin yaxınlığında baş verib (Manikalend əyaləti). Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.