...

Ermənistanda yenə ara qarışdı - "İstefa" tələbi var

Dünya xəbərləri Materials 15 Noyabr 2018 15:38 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda hökumət binasının qarşısında aksiya keçirilir. Trend-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Ermənistanın təhsil və elm nazirinin səlahiyyətlərini icra edən Araik Arutyunyanın və müavini səlahiyyətlərini icra edən Ovannes Avannesyanın istefasını tələb edirlər.

Aksiya iştirakçıları elm sahəsində dəqiq yanaşmalar, istiqamətlər olmadığını bildiriblər.

Aksiya iştirakçıları qeyd edirlər ki, mövcud problemlər barədə əvvəl də məsələ qaldırılıb, "amma yeni hökumət elə köhnə tərzdə işləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti