...

Hindistanda 14 nəfər avtobusun dərəyə aşması nəticəsində həlak olub

Dünya xəbərləri Materials 18 Noyabr 2018 18:28 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın şimalında sərnişin avtobusu dərəyə aşıb.

Trend-in məlumatına görə, avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə Uttarkhand ştatında baş verib. Avtobusun sürücüsü çətin dağlıq yolda idarəetməni itirib və avtobus 150 metr dərinliyi olan dərəyə aşıb.

Hazırda xilasedicilər yerli sakinlərin dəstəyi ilə ölən və xəsarət alanların təxliyəsini həyata keçirir. Xilasetmə əməliyyatına helikopter cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti