...

Sinqapurdan Parisə yollanan təyyarə uçuş aeroportuna qayıdıb

Dünya xəbərləri Materials 19 Noyabr 2018 08:18 (UTC +04:00)
Sinqapurda "Singapore Airlines" aviaşirkətinin təyyarəsi göyərtəsində təzyiqin aşağı düşməsi səbəbindən aeroporta qayıdıb.
Sinqapurdan Parisə yollanan təyyarə uçuş aeroportuna qayıdıb

Bakı. Trend:

Sinqapurda "Singapore Airlines" aviaşirkətinin təyyarəsi göyərtəsində təzyiqin aşağı düşməsi səbəbindən aeroporta qayıdıb.

Trend-in "Straits Times" qəzetinə istinadən verdiyi məlumata əsasən, SQ336 reysi Sinqapur-Paris marşrutu üzrə hərəkət edirdi.

Malayziyanın hava məkanında, 7 kilometr hündürlükdə olanda pilotlar təzyiqin aşağı düşməsini bildiriblər və təyyarə Sinqapur aeroportuna qayıdıb.

Təyyarənin göyərtəsində 234 sərnişin və 17 ekipaj üzvü olub, xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti