...

SON DƏQİQƏ! Afrində növbəti əməliyyat başladı

Dünya xəbərləri Materials 19 Noyabr 2018 14:12 (UTC +04:00)
Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb
SON DƏQİQƏ! Afrində növbəti əməliyyat başladı

Bakı. Trend:

Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb.

Trend-in məlumatına görə, əməliyyat Afrində fəallaşmış silahlı qruplaşmalara qarşı keçirilir.

Qeyd olunur ki, Afrində 300-ə yaxın silahlı mövcuddur və son zamanlar şəhərdə soyğunçuluq halları artıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı keçirmişdi. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti