Bakı. Trend:
Zimbabvedə özəl təyyarənin qəzaya uğraması nəticəsində 4 Finlandiya vətəndaşı həlak olub.
Trend-in məlumatına görə, bu barədə Finlandiya xarici işləri nazirliyi məlumat yayıb. Məlumata əsasən, birmotolu "Cessna S206" təyyarəsi Masvinqo şəhərində qəzaya uğrayıb.
Qeyd olunur ki, ölənlərin hamısı təxminən 50 yaşında kişilərdir.
Öz növbələrində Finlandiyanın xarici işlər naziri Timo Soyni və baş nazir Yuxa Sipilya ölənlərin ailələrinə başsağlığı veriblər.
Qəzanın səbəbləri məlum deyil, araşdırma aparılır.