Bakı. Trend:
Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması barədə prokurorluğun müraciətini nəzərdən keçirir.
Trend-in məlumatına görə, baş prokuror R.Koçaryanın həbsdə saxlanmasının zəruri olduğunu qeyd edir.
Xatırladaq ki, R.Koçaryan bu ilin iyulunda 2008-ci il hadisələri ilə əlaqədar həbs olunmuş, lakin Apellyasiya məhkəməsinin qərarı ilə azad edilmişdi.
Bir müddət Kassasiya məhkəməsi prokurorluğun şikayətini təmin etmiş və Apellyasiya məhkəməsinə işə yenidən baxmağı tövsiyə etmişdi.