...

Suriyaya sutka ərzində 900-dən artıq qaçqın qayıdıb

Dünya xəbərləri Materials 2 Dekabr 2018 04:16 (UTC +04:00)
Ötən sutka ərzində Suriyaya 922 qaçqın qayıdıb
Suriyaya sutka ərzində 900-dən artıq qaçqın qayıdıb

Bakı. Trend:

Ötən sutka ərzində Suriyaya 922 qaçqın qayıdıb.

Trend-in məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 193 qaçqın (62 qadın, 90 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 729 qaçqın (239 qadın, 372 uşaq) öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 605 Suriya vətəndaşı qayıdıb.

Bundan əlavə, Suriyanın mühəndis bölmələri sutka ərzində 3 əyalətdə 11,4 hektar ərazini minalardan təmizləyiblər. Əməliyyat zamanı 64 partlayıcı, o cümlədən 3 əldəqayırma partlayıcı qurğu aşkar edilib və məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti