Bakı. Tural Turan - Trend:
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ay müddətinə uzadıb.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk "Twitter" social şəbəkəsində yazıb.
"Qərar: Aİ Minsk razılaşmalarının həyata keçirilməsində heç bir irəliləyiş olmadığını nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaları yekdilliklə uzadır", - deyə Tusk bildirib.