...

Türkiyə gömrüyündə 70 milyonluq qaçaqmal məhsulları tutulub

Dünya xəbərləri Materials 2 Yanvar 2019 15:02 (UTC +04:00)
2018-ci ildə Türkiyədə qaçaqmalçılığa qarşı 832 əməliyyat keçirilib.
Türkiyə gömrüyündə 70 milyonluq qaçaqmal məhsulları tutulub

Trend-i buradan izləyin

Bakı. Trend:

2018-ci ildə Türkiyədə qaçaqmalçılığa qarşı 832 əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyatlar çərçivəsində 2,194 min nəfər saxlanılıb, onlardan 317-si həbs olunub.

Ölkədə yanacaq, tarixi əşyalar və alkoqol qaçaqmalçılığı daha geniş yayılıb.

2018-ci ildə Türkiyədə gömrükçülər qaçaqmalçılardan 23 min mobil telefon, 20 min tarixi əşya, 8,817 kiloqram qızıl müsadirə ediblər.

Ötən il qanunsuz olaraq ölkəyə gətirilən və ya çıxarılan əşyaların ümumi dəyəri 69,9 milyon lirə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti