...

ABŞ-dan İrana çağırış - Raket buraxmayın

Dünya xəbərləri Materials 3 Yanvar 2019 20:37 (UTC +04:00)
İran iqtisadi və diplomatik təcridin güclənməsindən yaxa qurtarmaq üçün raket buraxılışlarından imtina etməlidir
ABŞ-dan İrana çağırış - Raket buraxmayın

Bakı. Trend:

İran iqtisadi və diplomatik təcridin güclənməsindən yaxa qurtarmaq üçün raket buraxılışlarından imtina etməlidir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.

O xatırladıb ki, İran Müdafiə nazirliyi yaxın aylarda üç kosmik raket-daşıyıcını buraxacağını elan edib:

“ABŞ İranın dağıdıcı siyasətinin beynəlxalq sabitlik və təhlükəsizliyə təhdid törətməsinə durub baxmayacaq. Biz İran hökumətini bu cür təxribat xarakterli buraxılışlardan imtina etməyə çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti