...

Makron "sarı jiletlər" hərəkatının aksiyaları zamanı zorakılığı pisləyib

Dünya xəbərləri Materials 6 Yanvar 2019 03:27 (UTC +04:00)
Fransa prezidenti Emmanuel Makron "sarı jiletlər" hərəkatının etiraz aksiyaları zamanı zorakılığı pisləyib və etirazçıları danışıqlara çağırıb
Makron "sarı jiletlər" hərəkatının aksiyaları zamanı zorakılığı pisləyib

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron "sarı jiletlər" hərəkatının etiraz aksiyaları zamanı zorakılığı pisləyib və etirazçıları danışıqlara çağırıb.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.

E.Makron bildirib: "Yenə hədsiz qəddarlıq ölkəmizin üzərinə düşüb - onun keşikçilərinin, nümayəndələrinin və simvollarının. Bu hərəkətləri edənlər bizim vətəndaş müqaviləmizin mahiyyətini unudurlar. Ədalət qalib gələcək. Müzakirəyə və dialoqa gəlmək üçün hər kəs özünü ələ almalıdır".

Qeyd edək ki, daha əvvəl bir qrup etirazçı nazirliyin həyətinə daxil olub və tikinti maşını ilə nazirliyin qapısını qırıblar. Etirazçılar nazirliyin həyətinə daxil olduqdan sonra Fransa hökümətinin rəsmi nümayəndəsi Benjamen Qrivo və digər əməkdaşlar hadisə yerindən təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti