...

ABŞ-da yol qəzası nəticəsində faciə: ailənin 5 üzvü ölüb

Dünya xəbərləri Materials 7 Yanvar 2019 08:54 (UTC +04:00)
ABŞ-ın Kentukki ştatında baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb. Trend-in məlumatına görə, onlardan 5-i bir alinənin üzvləri olub
ABŞ-da yol qəzası nəticəsində faciə: ailənin 5 üzvü ölüb

Bakı. Tural Turan - Trend:

ABŞ-ın Kentukki ştatında baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb. Trend-in məlumatına görə, onlardan 5-i bir alinənin üzvləri olub.

Hadisə Leksinqton şəhərində yerli vaxtla saat 02:30-da baş verib. Əks istiqamətdə hərəkət edən ağ pikap 3 uşağı olan ailənin avtomobili ilə toqquşub. Nəticədə maşın yanıb.

Hadisə nəticəsində pikapın sürücüsü də həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti