...

Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı aparıb

Dünya xəbərləri Materials 12 Yanvar 2019 22:25 (UTC +04:00)
ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb
Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı aparıb

Bakı. Tural Turan - Trend:

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb. Trend-in məlumatına görə, rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib.

Rəsmilər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunmasına ABŞ-ın sadiq olduğunu deyib. Pompeo bundan başqa ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti