...

Ekspert: Venesuelada ikihakimiyyətlilik çox davam edə bilməz

Dünya xəbərləri Materials 25 Yanvar 2019 09:47 (UTC +04:00)
Venesuelada ikihakimiyyətlilik çox davam edə bilməz.
Ekspert: Venesuelada ikihakimiyyətlilik çox davam edə bilməz

Bakı. Trend:

Venesuelada iki nəfərin özünü prezident hesab etdiyi bir vəziyyət çox davam edə bilməz və nəticəsi çox faciəvi ola bilər.

Trend-in məlumatına görə, bunu Latın Amerikası üzrə ekspert, "Whitecap Consulting Group LLC" şirkətinin direktoru Fernando Kapablanka deyib.

F.Kapablankanın fikrincə, nə baş verirsə-versin, qısa müddətdə olacaq: "İki prezidentin olduğu bir vəziyyəti dəstəkləmək mümkün deyil".

O bildirib ki, hazırda vəziyyət olduqca qeyri-sabit, qeyri-müəyyəndir və çox tezliklə dramatik gərginlik arta bilər.

Ekspertin sözlərinə görə, hadisələrin sonrakı gedişi bir neçə amildən asılı olacaq: "Əgər ABŞ diplomatları ölkəni tərk etməsə, necə olacaq? Silahlı Qüvvələr Maduroya dəstəyi dayandıracaqmı? ABŞ Venesuelaya qarşı neft embarqosunu tətbiq edəcəkmi?"

Xatırladaq ki, bir müddət əvvəl müxalif Milli Assambleyanın rəhbəri Xuan Quaido özünü Venesuela prezidenti elan edib. Onu dərhal ABŞ və bir sıra Latın Amerikası ölkələri tanıyıblar. Prezident Nikolas Maduro isə cavab olaraq ABŞ ilə münasibətlərin dayandırıldığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti