...

Antalyada külək avtobusu aşırdı - Yaralılar var

Dünya xəbərləri Materials 26 Yanvar 2019 18:19 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində hökm sürən güclü qasırğa aeroportda avtobusu aşırıb.
Antalyada külək avtobusu aşırdı - Yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Antalya vilayətində hökm sürən güclü qasırğa aeroportda avtobusu aşırıb. Trend-in məlumatına görə, qəza nəticəsində yaralananların olduğu bildirilir.

İlkin məlumata görə, 5 nəfər xəsarət alıb.

Qeyd edək ki, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub. Məlumata görə, qasırğa nəticəsində bir neçə istixana dağılıb və işçilər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti