...

İranda terror aktı nəticəsində ölənlərin sayı 41-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 Fevral 2019 22:50 (UTC +04:00)
İranın cənub-şərqində baş verən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb
İranda terror aktı nəticəsində ölənlərin sayı 41-ə çatıb (YENİLƏNİB)

İlk xəbər saat 20:42-də yayımlanıb

Bakı. Trend:

İranın cənub-şərqində baş verən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Fars News" agentliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri və dinc sakinlər də daxil olmaqla ölənlərin sayı 41 nəfər çatıb".

XXX

20:42

İranın cənub-şərqində terror aktı törədilib.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun avtobusu terrorçuların hücumuna məruz qalıb.

Partlayışda ən azı 20 hərbçi ölüb, daha 20 nəfər yaralanıb.

Məlumata görə, hәrbçilәr bölgәdә sәrhәd tapşırığnı yerinә yetirdikdәn sonra geri dönürmüşlәr.

Partlayışa görə məsuliyyəti "Ceyşül-zülm" qruplaşması öz üzәrinә gptürüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti