...

Avstraliyada mozaikquyruqlu siçovullar məhv olub - SƏBƏB isə...

Dünya xəbərləri Materials 20 Fevral 2019 20:30 (UTC +04:00)
Avstraliyada rif mozaikquyruqlu siçovulların (Melomys rubicola) kökü kəsilib.
Avstraliyada mozaikquyruqlu siçovullar məhv olub - SƏBƏB isə...

Bakı. Trend:

Avstraliyada rif mozaikquyruqlu siçovulların (Melomys rubicola) kökü kəsilib.

Trend-in məlumatına görə, ölkə rəsmiləri bildirib ki, bu gəmiricilər artıq "kökü kəsilmək təhlükəsi" kateqoriyasından "ölmüş" kateqoriyasına keçib.

Bu siçovulların kökünün kəsilməsinin əsas səbəbi olaraq isə insanın təbiətə kəskin müdaxiləsi qeyd edilir.

Bundan başqa kəskin iqlim dəyişikliyinin də bu gəmiricilərin nəslinin kəsilməsinə böyük təsiri olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti