...

Avropa İttifaqı Türkmənistanda nümayəndəlik açır

Dünya xəbərləri Materials 5 Mart 2019 14:20 (UTC +04:00)
Avropa İttifaqı Türkmənistanda nümayəndəlik açır.
Avropa İttifaqı Türkmənistanda nümayəndəlik açır

Aşqabad. Həsən Həsənov - Trend:

Türkmənistan Xarici İşlər Nazirliyində Avropa İttifaqının (Aİ) Türkmənistandakı nümayəndəliyinin (iqamətgahı Ankarada) rəhbəri Kristian Berqerlə görüş olub.

Trend-in məlumatına görə, tərəflər yaxın gələcəkdə Aİ-nin Türkmənistanda nümayəndəliyinin açılması məsələsini müzakirə ediblər.

Görüşdə siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müsbət inkişafı qeyd olunub.

Xatırladaq ki, Aİ və Türkmənistan türkmən karbohidrogen daşıyıcılarının Avropa bazarlarına çıxışını nəzərdə tutan layihənin reallaşdırılmasına sadiqdirlər. Bundan əvvəl maraqlı tərəflər bəyan etmişdilər ki, 300 km qaz kəmərinin Xəzərin dibi ilə Azərbaycan sahillərinə çəkilməsi türkmən resurslarının Avropa bazarlarına çatdırılması üçün ən əlverişli layihədir. Sonra Türkmənistan yanacağı Avropa ölkələri ilə həmsərhəd olan Türkiyəyə nəql oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti