...

Rusiyada terror planlaşdıran şəxs məhv edilib

Dünya xəbərləri Materials 13 Mart 2019 14:34 (UTC +04:00)
Rusiyada terror aktı planlaşdıran şəxs məhv edilib.
Rusiyada terror planlaşdıran şəxs məhv edilib

Bakı. Trend:

Rusiyanın Samara vilayətində xüsusi əməliyyat zamanı terror aktı törətməyi planlaşdıran şəxs zərərsizləşdirilib.

Trend Rusiya Milli Antiterror Komitəsinə istinadən xəbər verir ki, martın 13-ü gecə saatlarında Federal Təhlükəsizlik Xidmətinin orqanlarına Bezençuk rayonunun Yekaterinovka kəndindəki evlərdən birində terror aktı törətməyi planlaşdıran silahlı şəxsin olduğu barədə məlumat daxil olub.

Təcili olaraq ərazidə əməliyyata başlanıb. Silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, döyüş qumbarasından istifadə edib. Lakin qısa müddətdən sonra terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti