...

Mozambikdə daşqınlar 66 nəfəri öldürdü

Dünya xəbərləri Materials 13 Mart 2019 15:31 (UTC +04:00)
Mozambikin şimali və mərkəzi hissələrində son bir neçə gün ərzində daşqınlar nəticəsində 66 nəfər həlak olub
Mozambikdə daşqınlar 66 nəfəri öldürdü

Bakı. Trend:

Mozambikin şimali və mərkəzi hissələrində son bir neçə gün ərzində daşqınlar nəticəsində 66 nəfər həlak olub.

Trend-in məlumatına görə, “İday” tropik siklonunun gətirdiyi aramsız yağışlar bölgədə ciddi fəsadlara səbəb olub.

Daşqınlar 6 minə yaxın yaşayış evini dağıdıb, 140 minə yaxın sakin təbii fəlakətdən ziyan çəkib.

Bundan başqa, siklon təhlükəsi ilə bağlı sahilyanı ərazilərdən sakinlər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti