...

Yerevanda növbəti etiraz: Dövlət rüsumlarını artırmayın!

Dünya xəbərləri Materials 14 Mart 2019 10:56 (UTC +04:00)

Bakı. Trend:

Lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında növbəti dəfə etiraz aksiyası keçirirlər.

Trend-in məlumatına görə, onlar bu sahədə dövlət rusumunun 60 dəfə (6000 faiz) artırılmasını nəzərdə tutan "Dövlət rusumları haqqında" qanuna təklif edilən dəyişikliklərin redaktə olunmasını tələb edirlər.

Lombardlar hazırda 100 min dram, valyutadəyişmə məntəqələsi isə 50 min dram ödəyirlər. Yeni qanun layihəsi isə bu rüsumların müvafiq olaraq 6 milyon və 3 milyon dramadək artırılmasını nəzərdə tutur.

Qeyd edək ki, 1000 erməni dramı 2,06 ABŞ dollarına bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti