...

Konqo DR-da qatar relsdən çıxıb: onlarla ölü və yaralı

Dünya xəbərləri Materials 18 Mart 2019 05:41 (UTC +04:00)
Konqo Demokratik Republikasında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb.
Konqo DR-da qatar relsdən çıxıb: onlarla ölü və yaralı

Bakı. Trend:

Konqo Demokratik Republikasında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb.

Trend-in məlumatına görə, Kasai vilayətində baş verən hadisə nəticəsində daha 31 nəfər yaralanıb.

KİV-lər qeyd edir ki, sərnişinlərin əksəriyyəti qatarda qeyri-qanuni hərəkət edirdi. Ölənlər arasında uşaqların olduğu da bildirilir.

AFP agentliyi bildirir ki, hadisə nəticəsində bir neçə vaqon aşıb, daha bir neçəsi isə körpüdən çaya düşüb.

Hadisənin səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti