...

Mozambikdə 200-dən artıq insan siklonun qurbanı olub

Dünya xəbərləri Materials 20 Mart 2019 02:23 (UTC +04:00)
Mozambikdə "İday" tropik siklonu nəticəsində baş verən daşqınlar 200-dən artıq insanın ölümünə səbəb olub
Mozambikdə 200-dən artıq insan siklonun qurbanı olub

Bakı. Trend:

Mozambikdə "İday" tropik siklonu nəticəsində baş verən daşqınlar 200-dən artıq insanın ölümünə səbəb olub.

Trend-in "Agence France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin prezidenti Filipe Nyusi bildirib.

F.Nyusi deyib: "Hadisə yerinə gəldikdən sonra bizə verilən məlumata əsasən, 200-dən artıq insan həlak olub".

Qeyd edək ki, daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Ölkə prezidenti ötən gün bildirmişdi ki, siklon nəticəsində ölənlərin sayı mini nəfəri keçə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti