...

İran XİN rəhbəri Türkiyəyə gedir

Dünya xəbərləri Materials 22 Mart 2019 17:27 (UTC +04:00)
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının növbəti toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.
İran XİN rəhbəri Türkiyəyə gedir

Bakı. Trend:

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Trend-in məlumatına görə, Yeni Zelandiyada məlum terror aktından sonra iranlı nazir hazırda İƏT-ə rəhbərlik edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təşkilatın növbəti toplantısının keçirilməsi ilə bağlı çağırış edib.

Martın 22-si Türkiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirlər səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti