Bakı. Trend:
Almaniya Kansleri Angel Merkel və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Almaniya Federativ Respublikasının nümayəndəsi Şteffen Zayberq bildirib.
O qeyd edib ki, tərəflər beynəlxalq mövzuları, həmçinin NATO, Ukrayna və ticarət məsələləri barədə müzakirələr aparıblar.