Bakı. Trend:
Əfqanıstanın Hilmənd vilayətinin Ləşkərgah şəhərindəki stadionda törədilmiş iki partlayış nəticəsində ən azı 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, partlayışlar stadionda Milli Fermerlər Günü ilə bağlı tədbir keçirilən zaman baş verib.
"Pajvak" agentliyi yaralılar arasında Hilmənd vilayətinin qubernatoru və müavininin də olduğunu bildirir.
Ümumiyyətlə, xəsarət alanların əksəriyyətinin təhlükəsizlik orqanlarının əməkdaşları və yerli məmurlar olduğu deyilir.
Hələlik heç bir qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.