...

Selfi 3 nəfərin həyatına son qoydu - İranda

Dünya xəbərləri Materials 6 Aprel 2019 15:09 (UTC +04:00)
İranın Çahar-Mahal və Bəxtiyari vilayətində çay kənarında selfi çəkmək istəyi 3 nəfərin həyatına son qoyub.
Selfi 3 nəfərin həyatına son qoydu - İranda

Bakı. Elnur Bağışov - Trend:

İranın Çahar-Mahal və Bəxtiyari vilayətində çay kənarında selfi çəkmək istəyi 3 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, bunu vilayətin polis rəisinin müavini Kavus Məhəmmədi deyib.

K.Məhəmmədinin sözlərinə görə, bir neçə ailə istirahət etmək üçün Koro kəndinə gedib. Çay kənarında selfi çəkməklə məşğul olan üç nəfər suya düşüb və üzə bilmədikləri üçün boğulublar.

Faktla bağlı araşdırmanın aparıldığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti