Bakı. Trend:
Sudanın Darfur şəhərində yerləşən qaçqınlar düşərgəsində toqquşmalar baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin qubernatoru Haşim Xaled bildirib.
Onun sözlərinə görə, toqquşmalar nəticəsində 14 nəfər həlak olub: "Düşərgədə çox sayda silah var və düşərgə əyalət üçün qeyri-təhlükəsizlik mənbəsinə çevrilib".