...

Türkiyə Makronun qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib

Dünya xəbərləri Materials 20 Aprel 2019 01:17 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu - PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib
Türkiyə Makronun qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu - PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoyun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır".

Qeyd edilir ki, Türkiyə öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti