...

Parisdə "sarı jiletlilər"in aksiyasında 70-ə yaxın saxlanılan var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 Aprel 2019 14:18 (UTC +04:00)
Parisdə "sarı jiletlilər"in aksiyası başlayıb.
Parisdə "sarı jiletlilər"in aksiyasında 70-ə yaxın saxlanılan var (YENİLƏNİB)

İlk xəbər saat 11:36-da yayımlanıb

Bakı. Trend:

Parisdə polis səhər saatlarından başlayan "sarı jiletlilər"in aksiyası ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. Trend-in məlumatına görə, artıq 70-ə yaxın aksiya iştirakçısı saxlanılıb.

X X X

Parisdə "sarı jiletlilər"in aksiyası başlayıb.

Trend-in məlumatına görə, səhər saatlarından başlayaraq aksiya iştirakçıları İqtisadiyyat Nazirliyinin yaxınlığına toplaşıblar.

Qeyd edək ki, “sarı jiletlilər” 23-cü həftədir küçələrdə aksiya keçirirlər. Aksiya iştirakçıları 2018-ci il noyabrın 17-dən Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı etraz aksiyalarına başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti